Bərdə Doğum Evi rüşvət verməyən I qrup əlilin xanımını küçəyə atdı - Video/Dosye...













Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bazar açıldığı, şöbənin müdiri Tünzalə Quliyevanın pulsuz sancı çəkən gələcəyin analarına baxmadığı haqda dəfələrlə yazılıb.

Bərdə RMX-nın baş həkimi Rəna Mustafayevanın bu şəraiti yaratdığı, T.Quliyevanın və şöbədəki həkimlərin pulsuz xidmət göstərmədiyi, ana-ölüm hallarının bu tibb ocağında artdığı işıqlandırılıb. Lakin nə ölçü götürülüb, nə nazirlik araşdırıb.

“Bu il noyabrın 21-də yoldaşım Şıxıyeva Lamiyə ciddi problemlə əlaqədar göndərişlə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə təcili tibbi yardım maşını ilə çatdırılıb”.

Bu sözləri isə Ağdamdan məcburi köçkün, Qasımbəyli qəsəbəsi ev 135-də yaşayan, I qrup hərbi xidmət əlili Şıxıyev Rövşən Əyyam oğlu dia.az-a məktubunda yazıb.

Onun sözlərinə görə, Bərdə Doğum Şöbəsinin həkim heyəti tərəfindən ona və ailəsinə qarşı qanunsuzluq, özbaşınalıq, tərbiyəsizlik edilib. I qrup əlil olan köçkün bildirib ki, ağır vəziyyətdə olan həyat yoldaşına yardım etməkdən imtina edilib.

Sitat: “Mənim I qrup əlil kimi xahişlərimə, hətta yalvarışlarıma baxmayaraq, xəstəmə baxmaqdan imtina etdilər. Bu həkimlərə küllü miqdarda pul lazımdır, kimin pulu varsa, ona xidmət edirlər.

Mənim kimi köməksiz vəziyyətdə olan I qrup hərbi xidmət əlilinə qarşı kobudluq və vəhşilik edirlər. Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət etsəmdə, nəticəsi olmadı.

Xəstə gətirilərkən onun ancaq maddi imkanına görə yardım göstərilir. Kimin 1000-2000 manatı varsa xidmət edirlər. Bu nə vəziyyətdi?”



R.Şıxıyev dövlətin xəstəxanasının tam açıq bazar olduğunu bildirib: “Korrupsiya yuvasıdır. Bu çox dözülməz vəziyyətdi. Bu cinayətdi. Səhiyyə Nazirliyinin bütün bunlara nəzarət etməli olan orqanları hara baxır?

Ümumiyyətlə, Bərdə doğum evində dövlət adına heç nə mövcud deyil.Hazırda həyat yoldaşım Ağdam xəstəxanasındadır, üç azyaşlı uşaqlarım sahibsiz küçələrdə qalıb.

Dövlətin, imkanlı şəxslərin yardımına möhtac I qrup əliləm. Dövlətimiz ağır vəziyyətimdə mənə niyə sahib çıxıb, Bərdə Doğum evinin həkimləri barədə tədbir görmür?

Bərdə Doğum Evindəki bu biabırçılığa son qoyulması üçün təxirə salınmadan tədbirlər görülsün, günahkarlar cəzalandırılaraq tutduğu vəzifədən kənarlaşdırılaraq barələrində cinayət işi qaldırılması təmin edilsin.

Xahiş edirəm ki, mənim həyat yoldaşımın təcili olaraq Bakı şəhərindəki xəstəxanalardan birində müalicəsinə köməklik göstərəsiniz”.

Cahan.infomediaya istinadla xəbər verir ki, Doğum evinin baş həkimi Tünzalə Quliyeva “qeysəriyyə bazarı” açaraq “qaz vurub, qazan doldurur”.

Hər əməliyyatdan azı 500-700 manat xeyir götürən şöbə Bərdədə genofondu məhv etməklə məşğuldur.

Təbii doğuşun 300 manat olmasına görə, baş həkim ehtiyac oldu-olmadı hamilə qadınları aldadaraq qeysəriyyə əməliyyatına məcbur edir ki, 500-700 manat qoparsın.

Bu dəhşətli vəziyyətlə bağlı rayon sakinləri həyəcan təbili çalırlar. Bildirirlər ki, tezliklə Səhiyyə Nazirliyi Bərdənin Doğum Evində yoxlamalar aparmalıdır.

Bərdənin baş həkimi Rəna Mustafayevanın isə doğum şöbəsinin rəhbəri olan T.Quliyevaya qazanmağa yaxşı şərait yaradıb. Ona görə də rayonun baş həkimi “Leksus” markalı bahalı avtomobildə gəzir.

Çünki onun gəliri təkcə qeysəriyyə əməliyyatlarından aldığı faiz deyil, həm də dövlətin Bərdə Rayon Mərkəzi Xəstəxanasına hər ay ayırdığı 20 min manatlıq ərzağın dükanlarda satdırmasıdır.

Vaqif adlı şəxsin əli ilə bu işləri görən R.Mustafayeva dövlətin vəsaitini talan edir. Rayon sakinləri isə sosial şəbəkələrdə yazırlar ki, R.Mustafayeva xəstəxanada gestapo şəraiti yaradıb.

Şəkər xəstələrinə dərman vermir, pulsuz müayinə etmir, palatalarda xəstələrə yemək verilmir, ondan nazir Oqtay Şirəliyevə şikayət edəcəklərini deyəndə gülür. Deyir ki, “naziri tapsanız mənə də xəbər edin”.

Bərdə Rayon Mərkəzi Xəstəxanasında əlini cibinə salmayan xəstənin üzünə belə baxan yoxdur. Həkimlər onların "tələb"ləri ilə razılaşmayan pasiyentlərə yaxın getmirlər. Deyilənlərə görə, bu sistemi tətbiq edən məhz Rəna Mustafayevadır.

Rayon sakinləri bildirirlər ki, hazırda Bərdədə təxminən, 1400 nəfər güzəştli kateqoriyadan olan xəstə var. Lakin Rəna Mustafayevanın baş həkimi olduğu xəstəxanada heç bir vətəndaşa pulsuz dərman preparatları verilmir.Cahan.info


Bərdə Doğum Evi rüşvət verməyən I qrup əlilin xanımını küçəyə atdı - Video/Dosye...






Bərdə Doğum Evi rüşvət verməyən I qrup əlilin xanımını küçəyə atdı - Video/Dosye...

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər