İranlı azarkeşlərdən Azərbaycana xəyanət – Güney ayağa qalxdı

Güney Azərbaycanın “Traktor” futbol klubu ilə qarşılaşmada İranın “Perspolis” komandası tərəfdarlarının Ermənistana dəstək nümayiş etdirməsi azərbaycanlı millət vəkillərinin etirazına səbəb olub.
Güney Azərbaycanın Təbriz şəhərinin İran parlamentindəki millət vəkili Zəhra Sai yerli stadionda “Artsax” yazılmış pankartın qaldırılmasını pisləyib.
O, belə halların ölkənin təhlükəsizliyini təhdid etdiyini bildirib:
“Belə hallar milli birliyə qarşı yönəlib. Bu, bir fitnədir və məqsədyönlü şəkildə həyata keçirilib. Azərbaycan əhalisi belə təhqirlərə düzgün cavab verməlidir.Teleqraf.com
Gənclər və İdman nazirindən istəyəcəm ki, bu məsələni izah etsin. Qaneedici cavab verməyəcəyi təqdirdə, məsələni parlamentdə qaldıracağam”.
Mərənd və Culfanın İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad isə qondarma “Artsax” sözünün yazıldığı bannerin nümayiş etdirilməsini irqçilikdən irəli gəldiyini deyib.
Qeyd edək ki, futbol klubları arasında görüş noyabrın 25-də Tehranın “Azadi” stadionunda baş tutub. Görüş zamanı “Perspolis” tərəfdarları “Artsax” sözü yazılmış banner nümayiş etdirərək, Azərbaycana işğalçı Ermənistana dəstək verdiklərini bildiriblər.
Həmçinin azərbaycanlıların ünvanına təhqiramiz şüarlar səsləndiriblər.
“Perspolis” tərəfdarlarının bu addımı Güney Azərbaycanda etirazlara səbəb olub.


