Deputat NARAZILIQ YARADIR - SABOTAJ













Son günlər Azərbaycanda unun qiyməti süni şəkildə bahalaşır.

Miq.Az-ın redaksiyasına daxil olan məlumata görə, əvvəl 21-22 manat olan 50 kiloqram un hazırda bazarda 25,60 manata topdansatış qiymətə satılır.

Araşdırmalarımıza görə, başda “Karmen” olmaqla “Mehriban”, “Sarı sünbül”, “Anadolu”, “Qafqaz” və digər markalı unların qiymətləri süni şəkildə artırılıb.

Lakin un satışını həyata keçirən bu firmalar bahalaşmanın səbəbi kimi “Karmen”i göstərir.

“Qiyməti “Karmen” qaldırıb. Bu sahədə əsas inhisar bu firmanın əlindədir və bizi də qiyməti onun qoyduğu qiymətlə uyğunlaşdırmağa məcbur edir”, – deyə firmalardan birinin əməkdaşı danışır.

Un bazarını monopoliyaya alan “Karmen” indiyə qədər qiymətləri dəfələrlə süni şəkildə qaldırıb. 2015-ci il manatın məzənnəsinin ucuzlaşmasından sonra bu firma qiymətlərlə oynamağa başladı. Hətta 50 kiloqram unun qiyməti 28-29 manata qədər qaldırılmışdı. Buna görə ciddi etirazlar da baş verdi. Dövlətin müdaxiləsindən snra unun qiyməti stabil olaraq saxlanıldı. Lakin məlumatlara görə, son 10 gündə “Karmen” qiyməti süni şəkildə artırıb və bazardakı digər formaları da eyni addımı atmağa məcbur edib.

“Karmen” MMC Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əsabil Qasımova məxsusdur. Biznesmen deputat hələ 2016-cı ildə unun qiymətini sürətlə qaldırdığı vaxt mediaya açıqlamasında bildirmişdi ki, “un bazarında inhisarçılıq yoxdur, ölkədə 30-a yaxın un və un məhsulları istehsal edən zavod fəaliyyət göstərir, hər biri ayrılıqda öz məhsulunu bazara çıxarır”.

Lakin adının açıqlanmasını istəməyən un və un məhsulları istehsal edən zavodlardan birinin əməkdaşı Əsabil Qasımovun bazarda “meydan suladığı”nı deyir.

“Bazarda qiymət də daxil olmaqla hər şeyi Əsabil Qasımov müəyyənləşdirir. Sonuncu qiymət artımını da o edib, biz də məcbur olmuşuq artırmağa. Onun dediyini etməsək gərək bazardan çıxaq. Halbuki, un ən strateji ərzaqdır və dövlət başçısı özü dəfələrlə unun qiymətinin artmasına müdaxilə edib. Bu gün 50 kiloqram unu 21-22 manata satsaq, qazanc əldə edə bilərik, lakin Əsabil Qasımov 25 manat və daha artıq qiymətə satdırır”, – deyə un bazarını yaxşı tanıyan mənbə danışır.

Vaxtilə “Heç bir dənə toyuq hinim belə yoxdur” deyən Əsabil Qasımov deputat olsa da, qanunvericiliyə zidd şəkildə bizneslə də məşğuldur.

Araşdırmalara görə, 2010-cu ildə millət vəkili seçilənə qədər Əsabil Qasımov “Karat” MMC şirkətinin prezidenti olub. “2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Əsabil Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb. Bu gün “Karat Holdinq”in tərkibinə – “Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC, “Azinvest” tikinti şirkəti, “Everest-M”, “Şin Servis”, “Karmen” MMC, Hökməlidə makaron fabriki, Hökməlidə kisə fabriki; “ASTEL MMC” (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri), taxıl anbarları, Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində dəyirman kompleksləri, “Gəncə Fatoğlu”, Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli “Marina Plaza” oteli, Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran, Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ Saray” binası, Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina, İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina, Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” daxildir. Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovun adına olmasa da, holdinq onun nzarətində altındadır. Bütün işləri də oğlu tərəfindən idarə olunur.

“Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3 maddəsində deyilir ki, vəzifəli şəxsin bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyətilə məşğul olması korrupsiyaya şərait yaradan hüquqpozması sayılır. Bununla yanaşı, “Milli Məclisin deputatının statusu haqqında” Qanunda yazılıb ki, millət vəkilləri elmi-pedaqoji fəaliyyətdən başqa digər fəaliyyətlərlə məşğul ola bilməzlər.

Bu qanunlara məhəl qoymayan Əsabil Qasımov hazırda ən strateji ərzaq olan unun qiymətini süni şəkildə qaldırmaqla əhalidə narazılıq yaradır.

Oxunub: 706

Son xəbərlər

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Bütün xəbərlər