Dizel yanacağı ilə işləyən avtobuslar xətdən yığışdırılacaq













Dizel yanacağından ətraf mühitə atılan tullantıların miqdarı digər yanacaq növlərindən dəfələrlə çoxdur. Ekoloqlar da bildirir ki, ətraf mühiti çirkləndirən əsasən dizel yanacağıdır.

“ARB TV”-nın “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Telman Zeynalov – Ekoloq: “Nəqliyyatın yanacağında ən çirklisi dizel yanacağıdır. Çünki mühərrik onları işlədəndə atmosferə yüzlərlə toksiki elementlər buraxır, onlar da atmosferi çirkləndirirlər. Dizel yanacağı kənara qoyub, ümumiyyətlə, qadağan edib, hamısı keçməlidir qaza”.

Bunu nəzərə alaraq dizel yanacağıyla işləyən avtobusların xətlərdən yığışdırıması planlaşdırılır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu proses avtobus parkının yenilənməsi çərçivəsində həyata keçiriləcək. Bir müddət sonra ölkəyə gətiriləcək 300 yeni avtobus da məhz sıxılmış maye-qaz yanacağı ilə işləyən nəqliyyat vasitələri olacaq.

Mais Ağayev – BNA-nın mətbuat katibi: “Bununla bağlı daşıyıcı şirkətlər qarşısında tələb qoyulub. Ümumiyətlə əsas hədəflərimizdən biri odur ki, marşrut şəbəkəsində yaxın 3-4 ildə sıxılmış təbii qazla işləyən avtobusların sayı, o cümlədən elektriklə çalışan avtobusların sayı daha da artırılsın”.

Hazırda sərnişindaşımaya cəlb edilən 2000-dən çoxu məhz dizel yanacağı ilə işləyir. Bu isə o deməkdir ki, bu qədər avtobus gələcəkdə yerini sıxılmış maye qaz yanacağı ilə işləyən avtobuslara verəcək.

Ərşad Hüseynov – Ekspert: “Dünyanın hər yerində bu tendensiya var, məsələn, avropa ölkərində konkret proqram var. Qəbul ediblər və həyata keçirməyə də başlayıblar. Yanaşma da belədir ki, birincisi benzinlə, dizellə işləyən avtomobillər daha çox yanacaq işlədirlər və ətrafa daha çox tullantı atırlar”.

Avtomobil ustaları da sıxılmış maye qazın daha sərfəli və təhlükəsiz olduğunu deyirlər.

Ramin Novruzov – Avtomobil ustası: “Yəqin ki, gələn yeni model avtobuslar AVRO 5 olacaq. Qazla işləyəcək avtobusların təhlükəsi olacaqmı? Onlar buraxılanda, hamısı hesablanır buraxılır. Çünki bu sərnişin daşıyan avtobuslardır. Onun heç bir təhlükəsi olmayacaq. Çünki o qaz başqa qazdır. Onlar partlamayan bir şeydir”.

Qeyd edək ki, hazırda Bakıda yalnız “Bakubus”a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər