UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu













Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilib.

İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə keçirilən "Gənc investor 2018" III simulyasiya yarışında UNEC-in tələbələrindən ibarət komandalar da iştirak edib. Simulyasiya yarışı komandalar arasında master-klass təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması mərhələsindən ibarət olub. Yarışda 19 komanda maliyyə bazarındakı prosesləri modelləşdirib, qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırıblar.

Müsabiqənin sonunda UNEC-in “Inside Wall Street", “Finans scope” və “Big for” komandaları virtual gəlir məbləğinə görə daha çox mənfəət əldə edərək ilk üç yerin qalibi seçiliblər.

I yerin qalibi Beynəlxalq İqtisadiyyat (İSE) məktəbinin maliyyə ixtisası üzrə 2-ci kurs tələbələri Nicat Alışov (kapitan), Qönçə Muradova, Cavid Xasizadə və Nurlan Mahmudovun təmsil olunduğu “Inside Wall Street" komandasını olub. II yeri Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə 2-ci kurs tələbələri Elşad İsmayılov (kapitan), İsa Əlizadə, Tural Kərimov, Elçin Əliyevin “Finans scope” komandası qazanıb. III yerin sahibi olan “Big for” komandasında isə UNEC-in SABAH qrupu İqtisadiyyat (ingilis dilli) ixtisasının 4-cü kurs tələbələri Murad Tağıyev (kapitan), Məhəmməd Xeyirxəbərli, Behbud Məlikov və Gülər Abbasova təmsil olunub.

Simulyasiya yarışının məqsədi fond birjalarının fəaliyyəti ilə gəncləri tanış etmək, tələbələrin biznes sahəsində kommunikativ bacarıqlarını inkişaf etdirmək, investisiya şirkətlərinin vasitəçilik funksiyalarını gənclərə aşılamaq olub.

Yarışın qalibləri Bakı Fond Birjasında təcrübə proqramı keçmək hüququ qazanıb. Qalib komandalara kubok və hədiyyələr təqdim olunub.

UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu
UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər