UNİVERSİTET TƏLƏBƏSİ ÖZÜNÜ ASDI

Polislər Şahini otağının qapısında iplə asılı halda aşkarlayıblar
Türkiyənin Çorum bölgəsinin İskilip qəsəbəsində, Peşə Yüksək Məktəbi Dizayn və Qrafik fakültəsinin tələbəsi Uğur Şahin (24), evində özünü iplə asaraq intihar edib.
dogruxeber.tv türk mediasına istinadən xəbər verir ki, tələbə olan Uğur Şahindən xəbər ala bilməyən yoldaşları Bahabey məhəlləsində olan evinə gediblər.
Qapını açan olmayıb, dərhal polis və sağlamlıq qruplarına xəbər verilib. Hadisə yerinə gələn qruplar Şahini otağının qapısında iplə asılı halda aşkarlayıblar. Araşdırma zamanı gəncin həyatını itirdiyi təsbit olunub. Uğur Şahinin cənazəsi İskilip dövlət xəstəxanasının meyitxanasına aparılıb. Daha sonra yarılmaq üçün Ankara Ədli Tibb Təşkilatına göndərilib. Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.


