hadise
13.12.2018, 11:04
Sürət qatarı qəzaya uğradı - 4 ölü, 43 yaralı var (VİDEO)

Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürətli qatarın üst keçidə çırpılması nəticəsində çox sayda sərnişin yaralanıb.
dogruxeber.tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.
Qəza nəticəsində iki vaqon aşıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralandı.
Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.






