Bakıda qarğa çoxalıb?


















"Bakıda zibilliklərin artması səbəbindən qarğaların çoxalması barədə deyilən fikirlər səhvdir. İnsanlar zağcaları qarğaya oxşadırlar və buna görə də hesab edirlər ki, Bakıda qarğaların sayı artıb”.

dogruxeber.tv xəbər verir ki, bunu Trend-ə Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri, AMEA Zoologiya İnstitutunun Ornitologiya işçi qrupunun rəhbəri, dosent Elçin Sultanov deyib.

O bildirib ki, Bakının mərkəzində insanların çox sayda gördükləri və qarğa sandıqları quşlar əslində qarğa deyil, qarğalar fəsiləsinə aid olan zağcalardır:

“Bu quşlar elə qarğaya bənzər səs çıxarırlar. Zağcalar Rusiyada kütləvi yuvalayan quşlardır, Azərbaycanda isə onlara yalnız düzən ərazilərdə az miqdarda rast gəlinir”.

E.Sultanov qeyd edib ki, Bakının mərkəzində - parklarda, binaların damlarında və s. yerlərdə gördüyümüz zağcalar Azərbaycana oktyabrın əvvəllərində Rusiyadan gəlir və fevralın sonu, martda geri qayıdırlar:

“Bu quşların çox hissəsi milli parklarda, qoruqlarda qışlayırlar. Bakıda da Botanika bağının ətrafında 5000-ə qədər zağcaya rast gəlmək olar. Eyni zamanda parklarda da gecələyirlər”.

Qarğalara gəldikdə, E.Sultanov qeyd edib ki, Azərbaycanda qara qarğaya adətən rast gəlinmir. Qara qarğa Fransa və Şərqi Sibirdə yaşayır. Ala qarğaya isə ölkəmizdə yay aylarında az miqdarda rast gəlmək olar.

Alimin sözlərinə görə, ümumilikdə Azərbaycan təbiətində ala qarğa çox sayda olmasa da, həmişə olub. Amma Bakıda və Abşeron yarımadasında əvvəllər ala qarğa heç olmadığı halda, son 10-15 ildə bu ərazilərdə də artıq ala qarğaya rast gəlmək mümkündür:

“Şəhər yerlərində ala qarğanın olması o qədər də xoşagələn deyil. Çünki onlar zibilxanalara girir, kiçik quşların balalarını öldürür, yumurtalarını daşıyır, bəzən elə kiçik quşların özünü də öldürərək yeyirlər. Bu quşlar bir növ şəhərdə “quldurluq” edirlər. Digər tərəfdən, bu quşların xoşagəlməz səsi və görünüşü var. Şəhərdə payız bülbülünün, qaratoyuğun, yaşılcanın çox olması yaxşıdır. Amma ümumiyyətlə, qarğalar dəyişən şəraitə çox tez uyğunlaşırlar. Ona görə də onlara bütün iri şəhərlərdə rast gəlmək olar”.

Oxunub: 727

Son xəbərlər

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Premyer Liqası: XXIX tura iki oyunla start veriləcək

“Brent” nefti bahalaşıb

ABŞ Venesuelaya Maduro üçün hüquqi xidmətlərin haqqını ödəməyə icazə verib

Ranyeri vəzifəsindən ayrıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

“Sənətkarlar üçün qəbiristanlıq yaradılsın” – Xalq artisti

Afrikada amerikalı milyarderi fillər tapdalayıb öldürdülər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Bütün xəbərlər