Şabran xəstəxanasında rəzalət
















Bildiyimiz kimi səhiyyəylə bağlı şikayət və narazılıqlar hər gün durmadan artmaqdadır. Həkim səhlənkarlığı, korrupsiya, vətəndaşlardan xidmət qarşılığında pul istənilməsi, səhv diaqnoz və s. kimi mövzular ümumilikdə səhiyyənin hansı vəziyyətdə olduğunu əks etdirir. Səhiyyəylə bağlı bir çox şikayətlər dogruxeber.tv informasiya agentliyində işıqlanmışdır. Bu dəfə bölgələrdən birində--Şabran rayonundan olan vətəndaş video vasitəsiylə redaksiyamıza Şabran Rayon Mərkəzi Xəstəxanasından görüntülər təqdim edib. şikayətçi bildirir ki, qeyd olunan xəstəxanada korrupsiya halları baş alıb gedir, həkimlər xəstələrə yalnız diaqnoz qoyurlar. Hətta bu yalnış diaqnozları həkimlər qəsdən qoyurlar ki, pasient ikinci dəfə onlara müraciət etsin. Hər müraciət qarşılığında xəstə əlavə maddi ziyana düşür. Bu iddialardan belə nəticə çıxır ki, həqiqətən də bölgədəki xəstəxanalar artıq baş həkimlərin şəxsi biznes obyektinə çevrilib. Adı xəstəxanada qeyd olunan işçilər əslində baş həkim tərəfindən işdən çıxarılır və onların maaş kartlarına yüklənən əmək haqları mənimsənilir. Bu kimi xəbərlər də redaksiyamıza daxil olmaqdadır. Tibb işçiləri xəstəyə pul qarşılığında xidmət göstərir, xəstə pul vermədikdə ona qarşı çox laqeyd münasibət göstərilir. Xəstələrin ümid mənbəyi olan həkimlərə artıq vətəndaşlar inanmaq istəmirlər. Çünki həkimlərin səhv diaqnozlarından, uğursuz və yalnış əməliyyatlarından, ciddi səhlənkarlıqlarından dünyasını dəyişən xəstələri gördükdə artıq digər xəstələr həkimlərimizə şübhə ilə yanaşırlar. Hətta bəzi insanlar bir neçə bu cür həkimləri cinayətkar belə adlandırırlar. Xarici ölkələrdə müalicə almaq üçün imkanı olmayan xəstələr isə çıxılmaz vəziyyətdədirlər. Bu özbaşınalıqdan Səhiyyə Nazirliyinin xəbəri yoxdurmu? Öz sağlamlığını həkimlərə etibar edən xəstələr bir çox həkimlərin gözündə sadəcə maddiyat kimi görünməməlidir. Həmin o xəstə kimlərinsə ən doğması və ya qohumudur. Həyatda yaşamaq uğrunda mübarizəyə davam etmək üçün öz səhhətlərindən narahat olanlar kimə etibar etməlidirlər? Bu özbaşınalığa səhiyyə nazirliyi çox səhlənkar yanaşır. Aidiyyatı qurumlar bu kimi ciddi problemlərə göz yumaraq hər şeyə ötəri yanaşırlar. Bunun nəticəsidir ki, həkimlər aşırı dərəcədə öz istədikləri kimi xəstəylə davranır, onların sağlamlığını bərpa etmək əvəzinə birbaşa həyatlarını təhlükəyə atırlar. Səhiyyə nazirliyi məhz belə hallartın yaşanmamasına nəzarət etməli, ciddi araşdırmalar aparmalı olduğu təqdirdə bunlara göz yumur və öz biganəliyini əsirgəmir.


Son xəbərlər

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bütün xəbərlər