hadise
25.12.2018, 11:09
Qadın deputatı döydülər

Qazaxıstanın Gənclik Məclisinin qadın deputatı və model Dinaqul Tasova “Fashion Night Astana” (Astana gecəsinin dəbi) şousundakı açıq-saçıq geyimindən dolayı döyülüb.
Bu barədə model özü “İnstaqram” səhifəsində məlumat yayıb.
O bildirib ki, həmin şou nümayişindən sonra o, kəskin tənqid obyektinə çevrilib və şikayətlə “İnstaqram” hesabı silinib.
Tasovanın sözlərinə görə, hətta yaxın insan tərəfindən zorakılığa məruz qalıb:Unikal.org
“Fiziki yaralar mənəvi yaralarla müqayisəyə gəlməz. Mən qərara gəldim ki, bu barədə susmaq olmaz. Heç kim müdafiəsiz, gücsüz birinə əl qaldırmamalıdır”.


