hadise
27.12.2018, 10:25
Cəlilabadda 3 otaqlı ev yandı

Cəlilabadda yanğın qeydə alınıb.
dogruxeber.tv Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Cəlilabad rayonunun Uzuntəpə kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü 108 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


