dunya
12.01.2019, 21:06
Kömür mədəni çökdü: 20 şaxtaçı dağıntı altında qalıb.

Çinin Şansi vilayətində kömür mədənində baş verən çökmə nəticəsində 20 şaxtaçı dağıntı altında qalıb.
Bu barədə Çin mediası məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla 18 radələrində Şenmu şəhəri yaxınlığındakı mədəndə baş verib. Hazırda hadisə yerində xilasedicilər işləyir.


