Komitədə 20 Yanvar faciəsinin qurbanları anılıb













Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 29-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib. Tədbirdə Komitə rəhbərliyi və əməkdaşların iştirak etdiyi tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunub.
Komitə sədri yanvarın 19-dan 20-nə keçən Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı məlumat verib. Müstəqillik uğrunda Azərbaycan xalqının nümayiş etdirdiyi fədakarlığı dilə gətirib, baş vermiş hadisələrin humanizmə və insanlığa qarşı cinayət olduğunu qeyd edib. Vurğulayıb ki, hadisədən dərhal sonra yanvarın 21-də ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək faciə ilə bağlı bəyanatla çıxış edib, o zaman hələ hakimiyyətdə olan kommunistlərə, onların rəhbərinə öz etirazını bildirib. O cümlədən, hadisələrə siyasi qiymətin də, məhz ulu öndər tərəfindən 1994-cü ildə verildiyi qeyd olunub.
Komitə rəhbəri ölkə başçısı cənab İlham Əliyev tərəfindən də bu hadisələrin iştirak-çı¬larının, onların övladlarının daim diqqət mərkəzində saxlanıldığını bildirib. Qeyd edib ki, ölkə başçısı 20 yanvar faciəsinin iştirakçılarına, onların sağ qalmış ailə üzvlərinə daim qayğının göstərilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoyur. Çıxış zamanı hadisələrin nəticələrinin dünyaya tanıdılması, 20 yanvar şəhidlərinin ailə üzvlərinə qayğının göstərilməsi istiqamətində Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd edilib.
Komitə rəhbəri 20 yanvar hadisələri ilə bağlı diaspor təşkilatlarının da fəal şəkildə tədbirlər keçirməsi, həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində müvafiq ərazi şöbələrinə öz tövsiyələrini bildirib.
Daha sonra çıxış edən Komitə əməkdaşları 19-20 yanvar 1990-cı il tarixində Bakı şəhərində baş vermiş qırğınla bağlı düşüncə və təəssüratlarını bölüşüblər.

Komitədə 20 Yanvar faciəsinin qurbanları anılıb

Son xəbərlər

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Bütün xəbərlər