dunya
26.01.2019, 18:49
Antalyada külək avtobusu aşırdı - Yaralılar var

Türkiyənin Antalya vilayətində hökm sürən güclü qasırğa aeroportda avtobusu aşırıb.
Qəza nəticəsində yaralananların olduğu bildirilir.İlkin məlumata görə, 5 nəfər xəsarət alıb.
Qeyd edək ki, təbiət hadisəsi Qumluca rayonunda ciddi fəsadlara səbəb olub. Məlumata görə, qasırğa nəticəsində bir neçə istixana dağılıb və işçilər xəsarət alıb.
Xatırladaq ki, yanvarın 24-ü Antalyada baş vermiş qasırğa nəticəsində 2 həlak olmuş, 11 nəfər xəsarət almışdı.


