hadise
14.02.2019
Bakıda 3 evdən qaz sayğacları oğurlandı

Bakıda 3 evdən qaz sayğacları oğurlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 8-də və 9-da 3 evin girişlərindən qaz sayğaclarının oğurlanması barədə müraciətlər daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sayğacları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Cəfərov, Abşeron rayon sakini İ.Əbilov və Ağdam rayon sakini S.Cəfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.


