Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu













Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub.

dogruxeber.tv Türkiyə mətbuatına istinadən xəbər verir ki, Elşad İsgəndərov Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır.

“İslam Əməkdaşlıq Təşkilatının mənzil-qərargahında yanvarın 15-də keçirilən və 56 üzv ölkənin səfirlərinin iştirak etdiyi toplantıda Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub”-xəbərdə belə deyilir.

Məlumata görə həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.

Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini və həmin çıxışın geri alındığını bildiriblər.

Məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur. Nəticədə məsələnin üzə çıxmasından sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub, o “persona non qrata” elan edilib.

Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.

Elşad İsgəndərovun adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb və onun Dini qurumlar üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər