“Yaşıl Bazar"da OĞURLUQ













Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə oğurlanıb.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.

Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimmanov Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

Son xəbərlər

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Bütün xəbərlər