gundem
8.03.2019, 10:56
Komitə sədri deputatların maaşının artdığını təsdiqlədi

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deputatların maaşının artırılmasını təsdiqləyib.
İsa Həbibbəyli “Yeni Müsavat”a açıqlamasında deputatların maaş artımını belə şərh edib:
- Maaşınız artıb, deyirlər. Təbrik etmək olarmı?
- Minnətdarlığımızı bildiririk.
- Deyəsən, komitə sədri kimi maaşınız 6 min manatdan çox olacaq, eləmi?
- İndi detalları danışmaq doğru deyil. Maaşımız artırılıb, biz bunu dövlətimizin böyük qayğısı hesab edirik və minnətdarlığımızı bildiririk. Sağ olun...


