hadise
11.03.2019, 15:21
Ata azyaşlı qızını öldürdü - Bakıda DƏHŞƏT

Binəqədi qəsəbəsində bədbəxt hadisə baş verib.
DİN-dən verilən məlumata görə, martın 10-da Binəqədi qəsəbəsində yaşayan F.Soltanlı evinin həyətində “Mercedes” markalı avtomobilini saxlayıb düşüb. Bu zaman avtomobil əyləcdən çıxıb hərəkətə gəldiyindən azyaşlı qızı təkərin altında qalaraq ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.


