hadise
11.03.2019
Bacısını bıçaqlayan keçmiş məhkum tutuldu

Martın 9-da Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş C.Əzimov evində münaqişə zəminində bacısına bıçaqla xəsarət yetirib.
DİN-dən verilən xəbərə görə, qadın xəstəxanaya yerləşdirilib. 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əzimov saxlanılıb Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


