dunya
31.03.2019
Ərdoğan xanımı ilə birlikdə İstanbulda səs verdi - FOTO
![]()
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan İstanbulun Üsküdar rayonundakı seçki məntəqəsində səs veriblər.
Ərdoğan jurnalistlərə açıqlamasında bələdiyyə seçkilərinin gedişini izlədiyini deyib.
“Səsvermənin gedişini müəyyən vaxta qədər İstanbulda izləyəcəyəm. İstanbulda mətbuat konfransından sonra Ankaraya gedəcəyəm”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün Türkiyədə növbəti bələdiyyə seçkiləri keçirilir. ![]()


