İcra başçısı Aprel döyüşlərinin iştirakçıları ilə görüşdü - FOTOLAR



















Bu gün Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Qaradağ rayonunda yaşayan Aprel döyüşçüləri ilə birgə görüş keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Aprel döyüşlərinin 25 nəfər iştirakçısı, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samit İmanovun həyat yoldaşı və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşlərində şəhid olmuş igid oğullarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Qaradağ rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov görüş zamanı Aprel döyüşləri barədə danışaraq bildirmişdir ki, 2016-cı ilin 2-5 aprel tarixlərində mənfur düşmənlərimizlə aparılan döyüşlər Azərbaycan ordusunun döyüş əzminin göstəricisi, Azərbaycan xalqının birliyinin nümayişi idi. Bu, düşmənə və onun havadarlarına bir mesaj idi ki, danışıqlar nəticə vermədiyi təqdirdə Azərbaycan Ordusu qısa müddətdə üzərinə düşən vəzifəni yerinə yetirəcək.

Milli Məclisin deputatı Aydın Hüseynov öz çıxışında Ali Baş Komandanın ordu quruculuğuna, əsgər-zabit heyətinə göstərdiyi diqqət və qayğıdan, Aprel döyüşlərinin Böyük Qələbənin başlanğıcı olması barədə danışdı.

Daha sonra Aprel döyüşlərinin qaziləri xatirələrini dilə gətirərək, bundan sonra da Vətənin müdafiəsi, torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün əllərindən gələni etməyə hazır olduqlarını qeyd edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Qaradağ Rayon Veteranlar Şurasının sədr müavini, Əfqanıstan və Qarabağ müharibələrinin veteranı Paşa Məmmədov 65 illik yubileyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə təltif olundu.

Yığıncağa yekun vuraraq başçı bildirdi ki, Aprel döyüşləri şanlı qələbəmizdir, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aprel döyüşçülərinin bəzilərini fərdi qaydada qəbul etdi və onların müraciətlərini dinlədi.

Sonda Aprel döyüşlərinin 25 nəfər iştirakçısı və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Samit İmanovun həyat yoldaşına maddi və ərzaq yardımı təqdim edildi.


İcra başçısı Aprel döyüşlərinin iştirakçıları ilə görüşdü - FOTOLAR
İcra başçısı Aprel döyüşlərinin iştirakçıları ilə görüşdü - FOTOLAR
İcra başçısı Aprel döyüşlərinin iştirakçıları ilə görüşdü - FOTOLAR

Son xəbərlər

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Bütün xəbərlər