Kollegiya sədri: Vəkilliyin tam maliyyə müstəqilliyi təmin ediləcək











“Keçən il Vəkillər Kollegiyasına vəkillərin davranışı ilə bağlı 500-dən çox şikayət daxil olub. Şikayətlərin 83 faizi vətəndaşlar tərəfindən edilib”.
dogruxeber.tv bildirir ki,bu sözləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
A.Bağırov vəkillərin Kollegiyadan uzaqlaşdırılması ilə bağlı qərəzli məlumatların yayıldığını bildirib:
“Bəzi hallarda bir sıra Kütləvi İnformasiya Vasitələri yalan məlumatlar yayır. Bəzi qərəzli şəxslər dövlət orqanlarının şikayəti əsasındada vəkillərə qarşı təqib olduğu məlumatlarını yayırlar. Vəkillər Kollegiyası hər hansı vəkili Kollegiyadan uzaqlaşdırmaq səlahiyyətinə malik deyil. Kollegiya yalnız bu barədə məhkəmədə iddia qaldıra bilər.
Keçən ilin statistikasına görə, 6 vəkilin Kollegiyadan uzaqlaşdırılması barədə məhkəmə tərəfindən qərar qəbul edilib. Onların 5-i üzvlük haqqını heç bir üzrlü səbəb olmadan 6 ay ödəməməsinə görə uzaqaşdırılıb. Bu sırf maliyyə ilə bağlı məsələdir. Bir nəfər isə vətəndaşın şikayətinə əsasən xaric edilib. Tam məsuliyyətimlə deyə bilərəm ki, keçən ilin statistikasına görə dövlət orqanlarının şikayəti əsasında bir vəkil belə Kollegiyadan xaric edilməyib. Yayılan məlumatlar yalandır”.
A.Bağırov Prezidentin “Məhkəmə-Hüquq sistemində islahatların dərinləşməsi barədə” müvafiq fərmanının vəkilliyə də böyük təsir göstərəcəyini bildirib:
“Məlum olduğu kimi dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin paylanması, ayrılması bilavasitə Nazirlər Kabineti tərəfindən Vəkillər Kollegiyasına ediləcək. Bu barədə təkliflər Kollegiya tərəfindən təqdim edilib. Ədliyyə və Maliyyə nazirlikləri ilə birlikdə sənəd paketi hazırlanıb. Ən qısa zamanda bu barədə Nazirlər Kabineti qərar qəbul edəcək. Beləliklə, vəkilliyin tam maliyyə müstəqilliyi təmin ediləcək. Hesab edirəm ki, bunun da böyük önəmi var. Vəkillərin qeyri-prosesual münasibətlərə girməməsi barədə fərmanda tövsiələr var. Bu istiqamətdə vəkillərlə görüşürük, müəyyən tövsiyələr veririk. Vəkil qətiyyən bu davranışa yol verməsin”.Publika.az

Oxunub: 852

Son xəbərlər

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

“Meqa Sığorta”nın xalis mənfəəti 90%-ə yaxın azalıb

"Bunu Netanyahudan xahiş etdim" - Tramp

Prezident idmançıları qəbul edib

FINCA Azerbaijan BOKT daha bir ekoloji layihənin aktiv iştirakçısı oldu

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

Bütün xəbərlər