gundem / idman
14.05.2019, 10:31
İtaliyanın məşhur klubu C Seriyasına göndərildi

İtaliya B Seriyasında çıxış edən "Palermo" klubu ağır cəzaya məruz qalıb.
dogruxeber.tv sportal.az-a istinadən xəbər verir ki, İtaliyanın mili federal məhkəməsi Sicilya klubunu C Seriyasına yollayıb. Buna səbəb maliyyə pozuntuları olub.
"Palermo" növbəti mövsüm A Seriyasında oynamaq üçün "play-off" oynayacaqdı.
Bu qərardan sonra "Peruca" elitaya yüksəlmək üçün yarışacaq.
B seriyasını 17-ci yerdə başa vuran "Foca" isə aşağı liqaya düşməmək üçün "play-out" oynayacaq.


