Ölmüş heyvan ətinin CİDDİ FƏSADLARI – Bunları bilirdinizmi?












Son zamanlar sosial mediada istifadəyə yararsız, ölmüş heyvan ətinin aşkarlanması ilə bağlı xəbərlər yayılır.
Görəsən, bu ətin yeyilməsi insan üçün hansı təhlükələri yaradır? Həmçinin İslam dinində bu cür ətin yeyilməsi doğru hesab edilirmi?
Mövzu ilə əlaqədar ilk olaraq terapevt Nahid Məhərrəmov bildirib ki, ölmüş heyvan əti ciddi xəstəliklərə səbəb ola bilər:
“Heyvanın ölməsi hansısa xəstəlikdən baş verdiyi üçün, onun ətində çoxlu zərərli bakteriyalar yığılır. Həmin heyvanın saxlanma şəraiti də, normativ qaydalara uyğun olmur. Ölü heyvan elə şəraitdə saxlanılır ki, üstünə həşəratlar qonur və o həşəratlardan keçən infeksion xəstəliklər də insanlar üçün ciddi təhlükəyə çevrilir. Heyvan ölən andan onun immun sistemi olmadığı üçün bakteriyanın yayılma ehtimalı daha çox olur”.
Terapevt Vəfa Əhmədova qeyd edib ki, sağlam ət insan orqanizmi üçün çox faydalı olsa da, ölmüş heyvanın əti bir o qədər təhlükəlidir:
“Ət vitamin və minerallarla zəngin qidadır, ancaq ölmüş heyvanın ətini yemək olmaz. Hər hansı bir heyvanın ölməsi, ciddi xəstəliyin daşıyıcısı olmasından xəbər verə bilər. Bu da ölən heyvanın bədənində həmin xəstəliyin bakteriyalarının yayılmasına səbəb olur. Həmin bakteriyalar insan orqanizminə keçib fəsadlar törədə bilər”.
İlahiyyatçı Hacı Asif Namazov isə deyib ki, ölmüş heyvanın əti Quranda haram buyurulub:
“Dini baxımdan heyvan kəsilən zaman canlı olmalıdır, çünki ölmüş heyvanın əti murdar sayılır. Heyvanı üzü qibləyə uzadaraq iki ayağını bağlamaq və Allahın kəlamı ilə “Bismilləhi və billəhi və Allahu əkbər” deyərək kəsmək lazımdır. Sonra isə başını kəsmək üçün nəzərdə tutulmuş alətlər iti seçilməli, işgəncə vermədən onun boynundakı şah damar kəsilib qanı tam axıdılmalıdır.
Heyvanın boğazını başından kəsib ayırıb sonra yemək olar”.
A.Namazov onu da qeyd edib ki, ölmüş əti yemək də mümkündür:
“Bunun üçün istisna hallar var. Məsələn, bir şəxs ölmüş heyvan ətindən yeməsə, onu ölüm təhlükəsi gözləyərsə, onda bunu yeməsi günah sayılmaz”. (lent.az)

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər