dunya
4.06.2019, 09:23
Meksikada 75 miqrant saxlanılıb

Meksikanın Federal Polisinin əməkdaşları Çyapas ştatında Mərkəzi Amerikadan olan qeyri-leqal miqrantları daşıyan avtobus aşkar ediblər.
dogruxeber.tv Trend-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Baş prokurorluğundan bildiriblər.
Məlumata əsasən, avtobusda 13 Honduras vətəndaşı, 3 Salvador vətəndaşı, 59 Qvatemala vətəndaşı olub.
Bildirilir ki, avtobusda olan şəxslərin Meksikada qala bilmələrini təsdiq edən sənəd olmayıb.


