gundem / dunya
6.06.2019
Həftarın ordusu Tripoli aeroportunda PUA-nın məhv edilməsi barədə məlumat yayıb

Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) aviasiya qüvvələri paytaxt Tripolidə Mitiq beynlxalq aeroportu yaxınlığında pilotsuz uçan aparatı (PUA) məhv edib.
Bu barədə “RİA Novosti” LMO-nun baş qərargahının mətbuat xidmətinin direktoru Xəlifə əl-Ubeydiyə istinadən məlumat yayıb.
“Mitiq aeroportunda Liviya aviasiyasına aid PUA çoxsaylı zərbələr endirib. Biz onu izləyirdik və bu gün bildirdik ki, o bizim Tripoli ətrafındakı qüvvələrimizə zərbələr endirib, ancaq itkilər olmayıb. Müşahidələrdən sonra onun ardınca bizim hərbi təyyarələrimiz göndərilib və Mitiq aeroportundakı aviabazaya enən zaman məhv edilib”, - əl-Ubeydi belə deyib.ONA


