UEFA: Bakı "AVRO-2020"ni qəbul etməyə hazırdır





Bakı tez bir zamanda özünü populyar qəbul edən şəhər kimi təqdim etməyi bacardı. Azərbaycan paytaxtı beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün çox şeylər təklif edə bilər. Bakı "AVRO-202"nin 12 qəbul edən şəhəri olmağa hazırdır.

UEFA-nın saytında yerləşdirilən xəbərdə belə deyilir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov paytaxtın "AVRO-2020"nin dörd final oyununun keçirilməsi üçün hazırlandığı, eləcə də, azarkeşləri Bakıda nələrin gözlədiyindən danışıb.

"Biz gələcəkdə Bakının idman mərkəzinə çevrilməsi üçün strategiya hazırlamışıq və tədricən də bu məqsədə çatırıq. Bakı idman mərkəzinə çevriləcək. AVRO oyunlarının keçirilməsi futbolun inkişaf etdirilməsi, daha çox insanın futbola cəlb edilməsinə gətirib çıxaracaq. Futbol heç vaxt inkişafdan qalmayacaq bir idman növüdür. Bundan əlavə, son bir neçə ildə onun populyarlığı nəzərəçarpacaq dərəcədə yüksəlib. Düzdür, digər idman növləri də var ki, onlara da maraq artır. Buna baxmayaraq futbol idman növləri içərisində ən populyarıdır. Bizim üçün futbola ölkədə və bütövlükdə regionlarda marağın səviyyəsini qoruyub saxlamaq vacibdir. Bizim qazancımız o olacaq ki, daha çox uşaq öz kompyuterlərini bir kənara qoyub futbol oynamaq üçün küçəyə çıxacaq. Bu da sağlam həyat tərzinin inkişafına və daha sağlam millətin böyüməsinə səbəb olacaq",- deyə E.Məmmədov bildirib.

AFFA-nın baş katibi bildirib ki, Bakı harmoniya şəhəridir. Belə ki, burada tarixi hissə də mövcuddur. Şəhər çox maraqlı və cəlbedicidir. Gözəl yerləri ilə göz oxşayır. Tarixi hissəsi ilə yanaşı, şəhərin müasir hissəsi də bura gələn insanların diqqətini özünə cəlb edir. Müxtəlif bədii sərgilər, müasir görməli yerlər mövcuddur: "Bundan əlavə Bakı müxtəlif idman tədbirlərinin keçirildiyi idman mərkəzidir. Beləliklə də, turistlər Bakıda olduqları müddətdə şəhəri üç əsas tərəfindən görüb həzz ala biləcəklər. Bütün bu obyektlər bir-birinə çox yaxındır, hətta bir çoxuna bir neçə dəqiqəyə piyada çatmaq da mümkündür. 2020-ci ildə biz bütövlükdə AVRO-nun Bakıda və qonşu ölkələrdə bütöv tarixini yazacağıq. Çünki, biz istəyirik ki, bizim bütün region AVRO-2020-dən xüsusi emosiya hiss etsin. Şəhərdə müxtəlif rəngarəng diqqət çəkən tədbirlər keçiriləcək və biz fan-zonaların iş müddətinin uzadılmasına hazırlaşırıq. Bununla da insanların ora gəlib həzz almalarına, sonra isə gedib öz komandalarına azarkeşlik etmələrinə şərait yaratmağa çalışırıq".(Trend)

Son xəbərlər

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

Bütün xəbərlər