Təhlükəli qida boyası olan anilin yüksək toksiki təsirə malik sənaye zəhəridir















Bu gün dünyanın bir çox ölkəsində ilk dəfə olaraq Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd edilir. Ötən ilin dekabrında BMT tərəfindən təsis edilən bu günün keçirilməsində məqsəd dünya əhalisinin təhlükəsiz qida ilə təminatına, o cümlədən müxtəlif kimyəvi, bakteriya, virus, parazit və toksin kimi maddələrlə çirklənmiş qidaların yaratdığı fəsadlara diqqət çəkməkdir.

Bəzən qida məhsullarının tərkibinə qatılan hər hansı bir maddə insan orqanizminə mənfi təsir edir. Onlardan biri də qida boyası anilindir.

AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən Milli.Az-a verilən məlumata görə, bir sıra inkişaf etməkdə olan ölkələrdə quş əti məhsullarının orqanoleptik göstəricilərini artırmaq məqsədilə bəzi boyaq maddələrindən istifadə edilir. Bunlara misal olaraq "Tartrazine" (E102) və "Sunset Yellow FCF" (E110) qida boyalarını göstərmək olar. Bu qida boyaları müxtəlif allergik reaksiyalar və əlavə təsirlər yaratdığı üçün Avstriya, Norveç və Finlandiyada istifadəsi qadağan edilib.

Məlumata görə, "Tartrazine" (E102) və "Sunset Yellow FCF" (E110) və s. qida boyalarının struktur quruluşunda aromatik birləşmələrdən olan anilin var. Anilin rəngsiz yaxud sarımtıl rəngli, sudan ağır, spesifik qoxusu olan mayedir. Anilindən müxtəlif dərman vasitələrinin, boyaların (dəri və taxta məhsulları boyaları) istehsalında istifadə olunur. Anilin kiçik məməlilər üçün nisbətən toksiki, insanlar üçün isə yüksək toksiki təsirə malik sənaye zəhəridir.

Gəmiricilər üzərində aparılmış tədqiqatlar göstərib ki, anilin oral, dermal və inhalyasiya vasitəsilə orqanizm tərəfindən çox yaxşı absorbsiya olunur. Avropada istehlakçılar tərəfindən anilinin birbaşa istifadəsinə dair məlumatlar yoxdur.

İnsanlar sənaye müəssisələrinin tullantıları nəticəsində hidrosfer və atmosfer vasitəsilə dolayı yolla anilinin təsirinə məruz qala bilərlər. Avropa İttifaqının risklərin qiymətləndirilməsi ilə bağlı 2007-ci il hesabatına əsasən, siçan və siçovullar üzərində in vivo olaraq aparılmış təcrübələr göstərib ki, anilin genotoksikidir. Tədqiqatlar nəticəsində anilinin insan orqanizmi üçün də kanserogen olduğu müəyyənləşib.
Bundan başqa, anilin insan orqanizminə inhalyasiya yolu ilə daxil olduğu zaman sinir sisteminə mənfi təsir edir. Qanda methemoqlobin, hemoliz və eritrositlərin degenerativ dəyişikliyə məruz qalması nəticəsində orqanizmdə oksigen çatışmazlığı yaranır. Anilin yüksək konsentrasiyalarda orqanizmdə xromosom qırılmasına və mutasiyalara səbəb olur. Həmçinin orqanizmdə dalağın böyüməsinə və elastikliyini itirərək hüceyrələrin nekrozuna gətirib çıxarır.

Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) risk qiymətləndirməsi ilə əlaqədar apardığı in vitro və in vivo tədqiqatlar nəticəsində anilinin siçovulların sümük iliyinə, hüceyrə nüvəsinə mutagen təsirinin olduğu müəyyənləşdirilib. Əldə edilən nəticələr onun III kateqoriyaya aid mutagen olduğunu sübut edib. Anilin Avropa İttifaqının klassifikasiya və etiketləmə kriteriyalarına görə həm də III dərəcəli kanserogen maddə hesab olunur.

Oxunub: 711

Son xəbərlər

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

“Azərenerji” 2 milyona dispeçer otağı tikir

Sabiq ekspert xaricdə təhsil alan şəxsləri aldatdı - Məhkəmə

Kadırov: İcazə versəniz, yenidən rəhbər olaram

Xamenei İranın Körfəz və Hörmüz boğazına nəzarəti davam etdirməyi planlaşdırdığını bildirib

Ukrayna Permdə neft emalı zavoduna zərbə endirib

Bütün xəbərlər