dunya
22.06.2019, 11:12
Tramp Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı
![]()
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların müddətinə bir il uzadıb.
RİA “Novosti” xəbər verir ki, sanksiyalar əsasən nüvə materiallarının yayılması və Şimali Koreyanın regionda stabilliyi pozan hərəkətlərinə yönləndirilib.
Qeyd edək ki, ABŞ dəfələrlə Şimali Koreya nüvə silahından tam imtina etməyənə qədər sanksiyaların qüvvədə qalacağını bəyan edib.


