hadise
26.06.2019
Bakı sakini Ağcabədidə qayınatasının evinə atəş açdı
![]()
Bakı şəhər sakini T.Quliyev Ağcabədi rayonuna gedərək orada yaşayan qayınatası M.Məmmədovun evi istiqamətində 1 dəfə ov tüfəngindən atəş açıb.
dogruxeber.tv Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gediblər.
T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus “Ford” markalı avtomobilə baxış zamanı bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Araşdırma aparılır.Virtualaz.org


