idman
4.07.2019, 09:36
Dünya çempionatının ikinci finalçısı müəyyənləşdi - FOTO

Fransada keçirilən qadınların dünya çempionatında ikinci finalçı bəlli olub.
Yarımfinalın ikinci matçında Hollandiya millisi İsveçlə qarşılaşıb. Oyunun əsas vaxtında hesab açılmayıb.
Əlavə vaxtda bir qol vuran hollandlar tarixində ilk dəfə finala yüksəlib.
Həlledici oyunda ABŞ və Hollandiya milliləri üz-üzə gələcək. Final iyulun 7-də baş tutacaq.
Üçüncü yer uğrunda keçiriləcək oyunda İngiltərə İsveçlə qarşılaşacaq. Matç iyulun 6-da reallaşacaq.Milli.Az


