gundem / hadise
25.07.2019, 10:15
Bakıda istirahət mərkəzinin işçiləri müştərini döyüb
![]()
Xəzər rayonunda bir nəfər beş nəfər tərəfindən döyülüb.
APA xəbər verir ki, bu barədə məlumat Xəzər Rayon Polis İdarəsindən verilib.
Şüvəlan qəsəbəsində yerləşən “Mayak” istirahət mərkəzində müştəri 1989-cu il təvəllüdlü Rüstəm Mütəllimzadə iaşə obyektinin işçiləri tərəfindən naməlum səbəbdən döyüb.
Yaralı xəstəxanaya aparılıb.
Faktla bağıə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.


