gundem
29.07.2019, 12:22
DİQQƏT! Bu küçələr rənglənir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Mətbuat və Həsən bəy Zərdabi küçələrində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən dogruxeber.tv-a məlumat verilib.
Bildirilir ki, bu səbəbdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur


