ABŞ Türkiyənin Suriyada əməliyyatlara başlayacağından narahatdır




Rəsmi Vaşinqton Türkiyənin Suriya ərazisində, Fərat çayının şərqində hərbi əməliyyatlar aparmaq niyyətindən narahatdır və bunu qəbuledilməz hesab edir.

dogruxeber.tv “TASS” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs deyib.

“Suriyanın şimal-şərqində, əsasən də ABŞ hərbi qulluqçularının yaxınlıqda yerli suriyalı tərəfdaşları ilə birgə İŞİD-ə qarşı döyüşdüyü müddətdə bu cür birtərəfli hərbi əməliyyatlar ciddi narahatlıq doğurur. Biz bunun kimi istənilən addımları qəbuledilməz hesab edirik və belə olan halda Türkiyəni bir daha bizimlə birlikdə hərəkət etməyə çağırırıq”, – deyə Ortequs bildirib.

O, həmçinin əlavə edib ki, ABŞ təhlükəsiz zona ilə bağlı Türkiyə ilə intensiv müzakirələri davam etdirir.

“Biz bu danışıqların sərhəd zonasında təhlükəsizliyin təmin edilməsində yeganə yol olduğunu düşünürük. Türkiyənin istənilən razılaşdırılmamış hərbi əməliyyatları bu ümumi marağı pozur”, – deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Suriyada, Fərat çayının şərqində hərbi əməliyyatlara başlayacağını açıqlayıb. Onun sözlərinə görə, rəsmi Ankara bununla bağlı Rusiya və ABŞ-ı xəbərdar edib. Adıçəkilən əməliyyatın başlayacağı müddətlə bağlı türkiyəli prezident heç bir söz əlavə etməyib. Fərat çayının şərq sahillərinə hazırda ABŞ-ın dəstəklədiyi PKK kürdləri nəzarət edir.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər