Rusiyanın orden və medallarını almış Azərbaycanın dövlət xadimləri - SİYAHI






Federasiyasının prezidenti Vladimir Putinin imzaladığı fərmanla Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Dostluq” ordeni ilə təltif edilib. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və gücləndirilməsində göstərdiyi xidmətlərə görə layiq görülüb.


İndiyə kimi kimi Rusiyanın dövlət mükafatı, orden və medalları ilə təltif olunan xeyli azərbaycanlı ictimai-siyasi xadim olub.
Modern.az ictimai-siyasi fəaliyyəti olan həmin şəxslərin bir qisminin siyahısını təqdim edir.


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 2015-ci ildə Rusiyadan mükafat alıb. Belə ki, həmin il president Vladimir Putin Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya "Puşkin” medalını təqdim edib. Leyla Əliyeva "Puşkin” medalına "Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə” layiq görülüb.


Milli Məclisin sədri Oqtay Əsədov MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun əli ilə Rusiya Prezidenti Vladimir Putinin adından "Dostluq” ordeni ilə təltif edilib.


Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə ötən il Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən "Şərəf” ordeni verilib.


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 2015-ci il mayın 21-də Vladimir Putin tərəfindən Kremlin Yekaterina salonunda "Şərəf” ordeni ilə mükafatlandırılıb.


Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov 2015-ci ildə Rusiyanın "Dostluq” ordeni ilə təltif edilib.


Sabiq nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyası Nəqliyyat Naziriyinin "Fəxri dəmiryolçu” mükafatına, həmçinin Rusiya Federasiyası Dərbənd şəhərinin "Fəxri vətəndaşı” adına layiq görülüb.


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da mükafat alanlar sırasındadır. Belə ki, bir neçə gün öncə Rus icmasının sədr müavini Boris Voronin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, şəhər və bölgələrdəki rus icmasına, əmək və müharibə veteranlarına göstərdiyi böyük köməyə görə "Şərəf və ləyaqət” ordenini təqdim edib.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə 2015-ci ildə Rusiya Mərkəzi Ruhani İdarəsinin ali mükafatı – "Əl-İzzət - Şərəf, Şöhrət və Ləyaqət” ordeni ilə təltif olunub. Bundan başqa, o, Rusiya Federasiyasının "Dostluq" və "Şöhrət" ordenini də alıb.

Milli Məclisinin komitə sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov 2016-cı Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər