Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY





“İlin əvvəli gəlib sənədləri topladılar, dedilər, gözünüz aydın, Nazirlər Kabineti sizin də binanın sökülməsi ilə bağlı qərar çıxarıb. May ayında köçürüləcəksiz. Avqust yarı olub, hələ xəbər yoxdur. Bilmirik nəyi gözləyirlər - daş-kəsəyin altında qalmağımızı, yoxsa evlərimizdən könüllü imtina edib, çıxıb getməyimizi...”

dogruxeber.tv bildirir ki, Bakının Sabunçu qəsəbəsi, Yusif Qasımov küçəsindəki 39 nömrəli, ikimərtəbli ev qəzalı vəziyyətdədir. 150 il əvvəl inşa edilmiş bu evdə 8 ailə yaşayır. İllərdir ki, bu ailələr ya binanın təmir-bərpa olunmasını, ya da başqa yaşayış yeri ilə təmin olunmasını arzulayır və buna görə aidiyyəti qurumlara müraciətlər edir.

Bina sakini Ofelya Məmmədova deyir, bu yazışmaların nəticəsi də yalnız ondan ibarətdir ki, indiyədək binaya dəfələrlə baxış keçirilib, qəzalı olması bildirilib: “Divarlarda dərin çatlar var, döşəmələr adamın ayağının altından qaçır, binanın dam örtüyü dağılıb, tavanlarımız başımıza uçur. Yağış yağanda, külək əsəndə aparıb uşaqları qohum evlərində qoyuruq ki, bir hadisə baş versə, daş-kəsəyin altında qalmasınlar”.

Binanın digər sakini İmran Rzayev də narahatdır. Deyir, Bakıda bəlkə də bu binadan çox heç bir binaya baxış keçirilməyib. Gəlib baxan rəsmi qurumların nümayəndələri özləri də sakinlərə ehtiyatlı olmağı, uşaqları qorumağı, evdə tək buraxmamağı tapşırırlar.

İmran Rzayev: “Deyirlər, diqqətli olun, Allahın işini bilmək olmaz, tavandır da, uçar, uşaqlar qalar altında. Deyirəm, hər şeyi niyə aparıb Allaha yükləyirsiz, bu bəlanın qabağını almaq sizin əlinizdədir, ölməyimizi istəmirsizsə, ya başqa yerə köçürün, ya kompensasiya verin, gedək başımıza çarə edək, ya da bizi müvəqqəti kirayəyə göndərin, sökün, yerində yenisini tikin, qaytarın bizi bura... Hər şey sizin əlinizdədir, üstəlik bunun üçün pul ad ayrılıb”.

"Deyirlər, binadan nə vaxtsa köçürülmə olacaq, ancaq həmin gün nə vaxt yetişəcək, onu dəqiq deyən yoxdur. İş orasındadır ki, bu evlərdə onsuz da canımızı dişimizə tutub yaşayırıq, hər gün dağıntı altında qalacağı anı həyəcanla gözləyən sakinlərdən üstəlik kommunal xərclər də tələb olunur. Nə qədər həyasız, abırsız olasan ki, vətəndaşın bu vəziyyətdə yaşaya, sən də gəlib pul tələb edəsən,”- şikayətçi deyir.

Binadakı kommunal xətlər də çoxdan sıradan çıxıb. İşıq kabelləri çürük-çürükdür. Əsasən də qışda elektrik cihazlarından istifadə edərkən tez-tez qısaqapanmalar baş verir, ailələr yanğın təhlükəsiylə üz-üzə qalır. Fövqəladə Hallar Nazirliyinin qış aylarında bu ünvana gələn nümayəndələri sakinlərə kabellərin yüklənməməsi üçün elektrik cihazlarından az istifadə etmələrini tapşırırlar./DİA.AZ
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY
Adil Vəliyev bir az da sakinlərlə maraqlansın... - GİLEY

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər