Zəlzələnin ziyan vurduğu evlər - Fotolar













Avqustun 28-də cənub bölgəsində - Lerik rayonunda 5,1, 3,7, 3,1 bal gücündə baş verən zəlzələlər nəticəsində bölgədə ciddi dağıntı qeydə alınmasa da, Lerik, Lənkəran və Astara rayonlarının yaşayış məntəqələrində köhnə tikililərdə çatlar əmələ gəlib.

“dogruxeber.tv” Azərtac-a istinadən xəbər verir ki, zəlzələdən ziyan çəkmiş evlərin əksəriyyəti köhnə, çiy kərpicdən olan tikililərdir. Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, təkanlardan sonra 40-a yaxın fərdi yaşayış evində iri və xırda çatların yaranması ilə bağlı müraciət daxil olub. Ən çox müraciətlər rayonun Züvüc, Bürsülüm, Tükaban, Pirəsora kəndlərindən olub. Artıq qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq qurumlara xəbər verilib. Hazırda rayonda ziyan dəymiş yaşayış evlərinin sayı dəqiqləşdirilir.

Lənkəranda da zəlzələ şəhərin bir sıra hündürmərtəbəli binalarının divarlarında çatlar əmələ gətirib. Rayonun İstisu qəsəbəsi, Rvo, Mollakənd, Əşlə, Şovu, Siyablı, Diryan, Lüvəsər, Türkəkəran, Sütəmurdov kəndlərində, ümumilikdə, 100-ə yaxın evdə irili-xırdalı çatlar əmələ gəlib.

Astara rayonunda Lerik rayonu ilə qonşu olan dağ kəndlərində - Ovala, Miki, Siyəkü kəndlərində 20-yə yaxın tikilidə çatlar yaranıb.
Rayonun Miki kənd sakini Sədullah Nabatovun evi isə qəzalı vəziyyətə düşüb. Zəlzələnin təsirindən evin dam örtüyü çöküb.

Astara rayonunun Niləşə kəndində Mərhəmət Babayevə məxsus fərdi yaşayış evinin qəzalı vəziyyətə düşməsi nəticəsində 2–si azyaşlı olmaqla, 7 nəfərdən ibarət ailə üzvləri bayırda gecələməli olublar. Ev sahibinin sözlərinə görə, onun yaşayış evi hələ ötən əsrin 90-cı illərində baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüşdü.

Hazırda hər üç rayonun fövqəladə hallar komissiyası zəlzələnin yaşayış məntəqələrinə vurduğu ziyanı dəqiqləşdirir.



Zəlzələnin ziyan vurduğu evlər - Fotolar


Zəlzələnin ziyan vurduğu evlər - Fotolar


Zəlzələnin ziyan vurduğu evlər - Fotolar

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər