Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? – Ali Məhkəmənin GÖSTƏRİŞİ












2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 8257 boşanma halı qeydə alınıb. Problemli məsələlərdən biri də boşanmış cütlüyün övladının kimin yanında qalması ilə bağlıdır.

Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir.

Hüquqşünasların dediyinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır.

Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə qərarı ilə analarının yanında qalırlar.

BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz.

Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür.

Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallar nəzərdə tutulur.

Azərbaycanın Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə isə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

Məcəllənin 52-ci maddəsində yazılıb ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Ali Məhkəmənin Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Plenumunun Qərarında isə göstərilib:

“Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir”.

Ailə Məcəlləsinin 60-cı maddəsində isə göstərilib ki, valideynlər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz.

Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Həmçinin qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

Qanunlardan çıxarışları təhlil etdikdə, bu nəticəyə gəlmək olur ki, Azərbaycan qanunvericiliyində boşanmış ailənin uşağının konkret ata və ya ananın yanında qalacağı məsələsi yaş kateqoriyasına görə təsnifatlandırılmayıb.

Oxu.Az məsələni daha da aydınlaşdırmaq üçün Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı ilə əlaqə saxlayıb.

Vəkil bildirib ki, boşanmış ailənin uşağının ata və ya ananın yanında qalması ilə əlaqədar yaş kateqoriyası konkret ola bilməz:

“Çünki məhkəmə hər bir məsələyə spesifik yanaşaraq hökm çıxarmalıdır. Məhkəmə hər iki tərəfin vəziyyətini nəzərə alıb qərar verməlidir. Bu o demək deyil ki, 10 yaşına qədər olan və ya 10 yaşından yuxarı uşaqlar konkret olaraq mütləq hansısa valideynin yanında qalmalıdır. Yəni uşağın kimin yanında qalması ilə bağlı standart bir yaş meyarı yoxdur”.

A.Qasımlı əlavə edib ki, əgər valideynlərdən biri uşağa şiddət göstərirsə, bu hallar məhkəmədə sübuta yetirildikdən sonra həmin uşaq qarşı tərəfə verilə bilər:

“Tutaq ki, ata və ya ana narkomandır və ya uşağa şiddət göstərir. Bu zaman məhkəmənin qərarı ilə həmin uşaq yanında qaldığı valideynindən alınaraq digərinə verilir”./Turkustan.info

Oxunub: 705

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər