Müstəntiq evdə işgəncə görən uşağı yenə anasına verdi - Müəmmalı gedişat













Son günlər uşaqların küçələrə atılması və ailədə təzyiqlə üzləşməsi, döyülməsi məsələsi yenidən aktuallaşıb. Buna səbəb isə Bərdə rayonunda iki azyaşlı uşağın nənəsi və babası tərəfindən xəstəxanaya atılması, Abşeronda ananın övladını döyməsindən sonra uşağın evdən qaçması faktıdır.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, uşaqların evdən qaçmalarının səbəbi valideynlərin biganəliyidir. Lakin birlik sədri Abşerondakı hadisə ilə bağlı daha diqqətçəkən bir məqam açıqlayıb:

“Abşeronda ana uşağı alimentə görə döyüb. Boşanan cütlüyün arasında münaqişələr var. Ana da alimentə görə uşağa təzyiq edib. Uşaq dəfələrlə evdən qaçıb.

Azyaşlının bildirdiyinə görə, bədənindəki çapıq, kəsik izləri anasının “əsəridir”. Məsələ barədə Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, amma bizə məlum olmayan səbəbdən müstəntiq uşağı yenidən anaya təhvil verib. İşgəncə verən anaya necə uşaq qaytarmaq olar?!”

Bəs hansı halda uşaq onu küçəyə atan valideyndən alına bilər?

K.Ağazadə qeyd edib ki, bu, ancaq yerli icra hakimiyyətinin səlahiyyətindədir və məhkəmə qərarı əsasında belə qərar çıxarıla bilər:

“Əgər bununla bağlı icra hakimiyyətinə müraciət olunmursa, deməli, qurumun bundan xəbəri olmayacaq. Təbii ki, bu zaman ana istədiyini edəcək. Bununla bağlı sahə müvəkkili, inspektoru, tibb bacıları iş görməli, uşağın vəziyyəti ilə əlaqədar müvafiq qurumlara məlumat verməlidirlər.

Bunu etməyə nə mane olur? Adına milli dəyər dedikləri şey, ya da problem olmasın deyə yaxasını kənara çəkmək. Bir çox faciələrin qarşısını ala biləcəyimiz halda, heç bir şey edə bilmirik”.

Birlik sədri il ərzində Azərbaycan Uşaqlar Birliyinə 200-ə yaxın uşağın istiqamətləndirildiyini deyib.

Oxunub: 666

Son xəbərlər

Bugünkü əməliyyatda saxlanılanların – Adları

Azərbaycanda maaş sistemi dəyişir – YENİ MODEL

ABŞ Hind okeanında İrana məxsus neft tankerini ələ keçirdi

Tarixin ən böyük enerji böhranı: "Çox neft və qaz itirdik"

Naxçıvan şəhərinin ticarət rəhbəri işdən çıxdı

Sosial media istifadəçilərinin NƏZƏRİNƏ

“Nə vaxta qədər ərə siqaret pulu verməli idim?”

Nazir yeni aparat rəhbəri təyin etdi

"Qalatasaray" TFF ilə bütün əlaqələrini kəsdi

“Yelo Bank”da mənfəət kəskin azalır

UFO tədqiqatçıları ya itkin düşür, ya da ölü tapılır - ABŞ-də müəmmalı hadisə

Yaponiyada 230 min toyuq MƏHV EDİLDİ

Pentaqonda daha bir istefa

TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Rəqsanə İsmayılova barəsindəki qərar dəyişdirildi

ADSEA Kürün daşması ilə bağlı məlumatlara AYDINLIQ GƏTİRDİ

Ohanyan: “İrəvan 28 mayda Azərbaycana hesabat verəcək”

Prezident müraciət ünvanladı

Etimadın kölgəsində böyüyən sərvət

İçməli və tullantı su təchizatına qoşulma üzrə tələb olunan sənədlər – Maarifləndirmə

Dörd qadın güləşçimiz AÇ-də mübarizəyə başlayır

“Paşinyan Bakının əlaltısıdır”

ABŞ Rusiyanı G20 sammitinə dəvət etdi

Expressbank "Sahibkarlar Günü" münasibətilə sahibkarlarla görüş keçirib

Yeni Klinikaya təyin olunan DİREKTOR KİMDİR?

Ağstafada məktəbdə insident - 14 yaşlı şagird bıçaqlandı (YENİLƏNİB)

Səhiyyədə gecikmiş qərarlar və yeni ümidlər

Qızıl və gümüşü olanlara PİS XƏBƏR

Millimiz Avropa çempionu oldu

Bütün xəbərlər