hadise
3.09.2019
Bakıda ana və oğlu itkin düşdü

Bakıda ana və oğlu 4 gündür itkin düşüb.
dogruxeber.tv-ın verdiyi xəbərə görə, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 1983-cü il təvəllüdlü Amaliya Həsənova oğlu - 2008-ci il təvəllüdlü Elcanla 4 gün öncə evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.
Polis əməkdaşları onların axtarışlarını davam etdirir./Qafqazinfo


