hadise
4.09.2019
Saatlı sakini Bakıda qətlə yetirilib

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
dogruxeber.tv xəbər verir ki, rayon ərazisində 1976-cı il təvəllüdlü Saatlı rayon sakini İsgəndərov Əflan Suvarağa oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, o, dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır./APA


