İsa Qəmbəri 2003-cü ildə necə aldadıblar? — Sirlər AÇILIR













AMİP katibi Əli Orucov bildirib ki, 2003-cü ildə ölkənin müxalifət düşərgəsi Etibar Məmmədovun namizədliyi üzərində dayanıb.


Hətta AXCP, Müsavat, ADP və AMİP liderlərinin Londonda keçirilən zirvə toplantısında müxalifətin vahid namizədi kimi Etibar Məmmədovun irəli sürülməsi barədə ilkin razılığa gəlindiyini deyib və sonradan bu razılaşmaya Moskvada mühacirətdə olan sabiq prezident Ayaz Mütəllibov da qoşuldu.


AMİP rəsmisinin bu açıqlamasına ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirib.


Demokrat.az xəbər verir ki, "Yeni Müsavat”a açıqlamasında Sərdar Cəlaloğlu deyib ki, 2003-cü ildə ADP-nin baş katibi idi və prezident seçkiləri ilə bağlı müxalifətdaxilində gedən proseslər barədə hadisələrin iştirakçısı olaraq tam məlumatlı olub.


Bildirib ki, Etibar Məmmədovun vahid namizəd olması barədə razılıq əldə olunduğu barədə deyilənlər həqiqəti əks etdirmir. Çünki belə bir razılıq olmayıb:


"ADP 2003-cü ildə Etibar Məmmədovun vahid namizəd olması məsələsinə dəstək verməyib. Sadəcə olaraq seçkidən öncə Londonda 4 partiya lideri arasında məlum görüş olmuşdu. Həmin görüşdə liderlər razılaşmışdılar ki, seçki kampaniyasının gedişatında kimin xalq arasında reytinqinin çox olduğu, kimin seçki mitinqlərinə çox sayda insan qatıldığı müşahidə edilərsə həmin namizədin ətrafında hamı birləşsin və sonda vahid namizəd olaraq onu müdafiə etsin. Seçki kampaniyasının bir müddəti arxada qaldıqdan sonra Əli Kərimli məni dəvət etdi və dedi ki, İsa Qəmbərin mitinqləri onun Etibar Məmmədovdan açıq-aşkar üstünlüyə, daha çox xalq dəstəyinə malik olduğunu göstərir, ona görə də London razılaşmamıza görə gəlin İsa Qəmbəri vahid namizəd elan edək. Əli Kərimli bildirdi ki, bu barədə Etibar Məmmədovla da danışacaq. Mən də Rəsul Quliyevlə bu barədə danışdım və Rəsul Quliyev də razılaşmaya əməl edərək İsa Qəmbəri dəstəkləməyə hazır olduğunu dedi. Getdim İsa Qəmbərin yanına bütün bunlar barədə məlumat verdim.


Sonra Əli Kərimli ilə Etibar Məmmədov İsa Qəmbərlə ”Kiyev" restoranında görüşmüşdülər. Orada İsa Qəmbəri aldatmışdılar ki, guya Rəsul Quliyev heç bir böyük vəzifə istəmədiyini deyib.


Həmçinin orada İsa bəyə onun namizədliyini Prezident Şurası yaradılacağı, Etibar Məmmədovun həmin Şuraya sədr təyin edilməsi, Əli Kərimlinin baş nazir olması şərtləri ilə dəstəkləməyə hazır olduqlarını demişdilər. Əgər Etibar Məmmədovun müxalifətin vahid namizədi olması barədə razılıq var idisə onlar niyə gedib İsa Qəmbərlə belə bir danışıq aparmışdılar?


Etibar Məmmədovun vahid namizədliyi məsələsi qətiyyən olmayıb. Bu məsələ o zaman heç bizim ağlımıza belə gəlmirdi. Sadəcə olaraq bizim partiyada Qurban Məmmədov, Aydın Quliyev və digər bir-iki nəfər Etibar Məmmədovun namizədliyinin müdafiə edirdilər. Əvvəllər Rəsul Quliyevdə də Etibar Məmmədovu müdafiə eləmək meyli hiss edilirdi. Lakin mən qətiyyən bu mövqenin əleyhinə idim. Seçkiyə az qalmış gecə saat üçdə Rəsul Quliyevlə İsa Qəmbər arasında İsa Qəmbərin dəstəklənməsi barədə protokol imzaladıq. London razılaşmasının şərtlərini əsas tutaraq Rəsul Quliyev bu protokolu imzalamışdı. Protokolda İsa Qəmbərin prezident seçiləcəyi halda Rəsul Quliyevin baş nazir olacağı da əksini tapmışdı".


S.Cəlaloğlu onu da xatırlatdı ki, Əli Kərimlinin sonradan Etibar Məmmədovu dəstəkləməsi vəzifə bölgüsündən narazı qalması ilə bağlı olub:


"Mənim bir səhvim oldu. Əli Kərimliyə dedim ki, Etibar Məmmədov Milli Məclisin sədri olacaq, sən də olacaqsan Konstitusiya Məhkəməsinin sədri. Əli Kərimli bu təklifin əslində İsa Qəmbərin mövqeyi olduğunu bildiyindən bunu real təklif kimi qəbul edərək narazı qalıb. Əli Kərimli Etibar Məmmədovun baş nazir, özünün isə Milli Məclisin sədri olmasını istəyirdi. İsa Qəmbəri də buna görə dəstəkləmək istəyində idi. Rəsul Quliyevin baş nazir olacağı məsələsinin ortaya çıxmasından sonra Əli Kərimli Etibar Məmmədovu dəstəklədi.


Beləliklə, müxalifətin bütün qüvvələrinin vahid namizədlə seçki qutusuna getməsi planı pozuldu. Bu iki şəxsin mövqeyi hakimiyyət dəyişikliyinə imkan verməyən məsələlərdən biri oldu. Əli Kərimlinin Etibar Məmmədovu dəstəkləməsi Etibar Məmmədovun müxalifətin vahid namizədi olması demək deyildi”.

Oxunub: 735

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər