BDU rektoru idarə rəisini özünə müşavir təyin edib













Bakı Dövlət Universitetinin (BDU) rektorunun daha bir müşaviri işdən çıxarılıb.

“dogruxeber.tv” xəbər verir ki, bununla bağlı rektor Elçin Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, BDU rektorunun Maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanov tutduğu vəzifədən azad edilib. E.Babayevin digər əmri ilə bu vəzifəyə Mirzə Mirzəyev təyin olunub.

M.Mirzəyev bu təyinata qədər Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin Suraxanı rayonundakı 11 saylı idarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bu ilin may ayında BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri vəzifəsi yaradılıb. Həmin vəzifə Əli Nağıyevə tapşırılıb. Həmçinin E.Babayevin əmri ilə ali məktəbdə iki yeni müşavirlik – Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir və Ümumi məsələlər üzrə müşaviri vəzifələri təsis olunub. Əliş Çoban oğlu Ağamirzəyev Humanitar-sosial məsələlər və informasiya təminatı üzrə müşavir, Fikrət Heydər oğlu Heydərov isə Ümumi məsələlər üzrə müşavir təyin edilib.

BDU rektorunun elm və təhsil üzrə müşaviri vəzifəsi isə boşdur.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci ilin noyabrın 15-də imzaladığı sərəncamla akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının martın 11-də imzaladığı sərəncama əsasən, Elçin Babayev universitetin rektoru təyin olunub. E.Babayev bu təyinata qədər Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olub./Report

Oxunub: 932

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər