hadise
25.09.2019
Gizli bağlamadan 5 kq narkotik çıxdı - Foto

21 sentyabr, saat 23:00 radələrində Astara rayonunun Deqadi kəndi yaxınlığında gizlədilmiş 1 ədəd bağlama aşkar olunaraq götürülüb.
“dogruxeber.tv” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, baxış zamanı bağlamada ümumi çəkisi 5 kq 95 qram olan “tiryək” narkotik vasitəsinin olması müəyyən edilib.
Narkotik vasitəni əraziyə gətirən və cinayətdə əlaqəsi olan şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir./Qafqazinfo


