Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı




















Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dən verilən məlumata görə, 20 fevral tarixində, saat 20:38 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Zəhmətabad kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub. Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlayıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad rayon şöbələrinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini 1970-ci il təvəllüdlü Mahmudov Tehranxan Nəhmət oğlu şübhəli şəxs qismində saxlanılıb.

Aparılan təhqiqat-araşdırma tədbirləri nəticəsində dövlət sərhədini pozan şəxsin Cəlilabad rayonunun Uzuntəpə kənd sakini 1976-cı il təvəllüdlü Yaqubov Qasım İskəndər oğlu olması müəyyənləşdirilib. Araşdırma zamanı Q.Yaqubovun 18.02.2019-cu il tarixdə “Biləsuvar” SNM-dən rəsmi qaydada Azərbaycandan İrana getməsi, 20.02.2019-cu il tarixdə, saat 20:38 radələrində isə dövlət sərhədini pozaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməsi və özü ilə külli miqdarda narkotik vasitəni gətirməsi məlum olub. Q.Yaqubovun axtarışı təşkil edilib və nəticədə o, 21 fevral 2019-cu il tarixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində saxlanılıb.


Saxlanılan şəxsin iştirakı ilə Cəlilabad rayonunun Kövüzbulaq kəndi ərazisində yerləşən yaşayış olmayan həyətyanı sahədə gizlədilmiş ümumi çəkisi 6 kq 365 qr olan (4 kq 440 qr heroin, 1 kq 925 qr həşiş) narkotik vasitə və 1 ədəd gecəgörmə cihazı aşkar olunaraq götürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi ilə birgə əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi Cəlilabad rayon sakini 1972-ci il təvəllüdlü Hümbətov Nəsib Həmdulla oğlu müəyyənləşdirilərək saxlanılıb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Bütün xəbərlər