hadise
28.09.2019
Ağdaşda ev yanıb

Ağdaşda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, rayonun Xosrov kəndində ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 24 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend


