“Müəllim və şagirdlərin məktəbə telefonsuz gəlməsi qanun halına salınsın” — Təklif – FOTO











Bu gün əksər valideynlər övladlarından nigaran qalmamaq üçün çıxış yolu tapıblar -mobil telefon. Lakin müəllimlər, eləcə də ekspertlər bu məsələ ilə bağlı ciddi narahatlıqlarını ifadə edirlər və bildirirlər ki, şagirdlərin mobil telefondan istifadəsi dərs prosesinin pozulması və tədrisin keyfiyyətinin aşağı düşməsinə ciddi təsir göstərən amildir. Məsələ ilə bağlı narahatlıq, xatırlayırsızsa milli məclisin ötən gün keçirilən plenar iclasında da səsləndirildi. Amma söhbət təkcə şagirdlərin telefon işlətməsindən getmir. Təəssüf ki, mobil cihazı əlindən düşürməyən müəllimlər də var. Bəs məktəblərdə mobil telefondan istifadəni tam aradan qaldırmaq, yaxud hansısa şəkildə məhdudlaşdırmaq mümkündürmü?
"Ölkə.Az" xəbər verir ki, ARB TV əməkdaşları bu məsələ ilə bağlı araşdırma ediblər.

Şagird: “3ildir telefon işlədirəm. 7-ci sinifdən bugünə kimi işlətməkdəyəm. Hazırda 10-cu sinifdə oxuyuram”.

Şagird: “Birinci sinifdən dərsə telefonla gəlirəm”.

Orta məktəblərdə bu cür şagirdlərin sayı heç də az deyil. Bəziləri birinci sinifdən, bəziləri nisbətən yuxarı siniflərdən başlayaraq məktəbə mobil telefonla gəlir. Təbii ki, bu cihazların böyük əksəriyyəti sadə telefon yox, hər cür internet, oyun və sair proqramları dəstəkləyən smartfonlar olur. Müəllimlərin sözlərinə görə, hazırda vəziyyət elə həddə çatıb ki, şagirdi dərs prosesində belə telefondan ayırmaq mümkün olmur. Bu, həm tədrisin keyfiyyətini aşağı salır, həm də fikrini dərsə kökləmək istəyən digər şagirdləri təhsildən yayındırır.

Qabil Nəsibov – Direktor müavini: “İnformasiya kommunikasiya texnologiyaları insan həyatına o, qədər daxil olub ki, bundan çıxış yolu tapmaq qeyri-mümkün kimi görünür. Telefonların şagirdlər tərəfindən dərsə gətirilməsi dərs prosesini pozmaqdır. Biz nə qədər desək də, içəridə şagird çox olduğu üçün istər-istəməz gizlin də olsa telefondan istifadə edirlər. Ona görə bu qanunla yığışdırılsa yaxşı olar”.

Təbii ki, övladları bu ölkənin təhsil müəssilərində oxuyan qanunverici orqan nümayəndələri də məsələdən xəbərsiz deyillər. Yaranmış vəziyyətin qarşısını almaq, daha da qəlizləşməməsi üçün qabaqlayıcı tədbirlər görmək təklif edilir.

Azər Badamov – Milli Məclisin deputatı: “Mobil telefonların məktəblərdə qadağan olunmaması tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Ona görə də təhsil haqqında qanuna məktəbə və yaxutda sinif otaqlarına telefonla giriş qadağan olunması ilə bağlı bir maddənin əlavə olunmasını təklif edirəm”.

Valideyn: “Müasir dövrdə olmalıdır də telefon, çünki valideyinlər uşaqları ilə əlaqə saxlamalıdır”.

Valideyn: “Xeyr, qəti əleyhinəyəm . Uşağa telefon verildisə ondan heçnə gözləmək olmaz”.
Valideyn: “Uşaq nədir, telefon nədir, əvvəllər telefon yox idi uşaq dərsə getmirdi?”.

Vəziyyətdən çıxış yolunu məktəb səviyyəsində həll edə bilən təhsil ocaqlarına da rast gəlmək olur.

Səliqə Hüseynova – Müəllimə: “Mənim sinifim öyrəşib ki, hər səhər saat 8 də gələndə telefonları söndürüb təhvil verirlər sinif rəhbərlərinə .Telefonları yığmışıq və dərsdən sonra mən telefonları təhvil verirəm. Telefon onlarda olanda tez-tez zəng gəlir və bu da təhsil almalarına mənfi təsir edir”.

Amma bu üsul da hər zaman işə yaramır. Telefonunu bir neçə saatlığa da olsa təhvil verməyən şagirdlərə də rast gəlmək olur. Amma məsələ təkcə şagirdlərin telefon işlətməsi ilə bitmir. Mobil qurğunu əlindən yerə qoymayan müəllimlər də var.

Elçin Əfəndi- Təhsil eksperti: “Müəllim o, kəsdir ki, o artıq girib dərsi izzah etməlidir, yox əgər müəllim də girib şagirdin gözü qarşısında telefonla məşğul olacaqsa bu istər-istəməz şagirdlərdə də qıcıq yaradacaq ki, bizdən telefon yığıldığı halda müəllim bizə dərs keçmir və telefonla məşquldur. Təbii ki, bu hər kəsə şamil olunmalıdır”.

Mobil telefonlardan yerli-yersiz istifadə məktəblərdə dərs prosesini pozmaqla yanaşı, həm də şagirdlərin sağlamlığına mənfi təsir göstərir. Bu məqamı da nəzərə alan mütəxəssislər millət vəkilinin səsləndirdiyi təklifin qısa zamanda təhsil haqqında qanuna əlavə edilməsinin vacib olduğunu deyirlər. Təbii ki, hər mənada sağlam gələcək üçün belə bir addımın atılması təqdirəlayiq hal kimi qəbul edilə bilər.

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər