"İnsanlar özünü bağışlaya bilmir ki, niyə indiyə qədər Elza yaradıcılığını anlamamışam”













İctimai Televiziyada yayımlanan "3D" verilişinin növbəti qonağı Əməkdar artist Elza Seyidcahan olub.
"dogruxeber.tv" publika.az-a istinadən xəbər verir ki, müğənni proqram üçün seçdiyi libası ilə diqqət çəkib. Xüsusilə quş tüklərindən hazırlanan qanad bəzəkləri onu daha cəlbedici göstərib. Ən maraqlısı odur ki, o, saçlarını maska ilə tamamlayıb.

Geyimi ilə aparıcını təəccübləndirən müğənni Dadaş Dadaşlinskinin "Professor Arif Məlikovun bəstəkarlıq sinfində dərs alımısınız. Necə düşünürsünüz, indiki fəaliyyətiniz müəlliminizin adına layiqdirmi" sualına belə cavab verib:

"Müəllimimin adını hər zaman uca tutmuşam. Hər bir addımı atanda fikirləşmişəm ki, buna müəllimim nə deyərdi. Konservatoriyanı bitirdikdən sonra əlamətdar günlərdə onun evinə gedib yada salırdım. Hətta sonuncu doğum günündə səhhətində bir balaca nasazlıq var idi, nəvəm və bacımla tort alıb onu təbrik etdik. Onda Arif müəllim dedi ki, sənin musiqində ritmlər və ladlar tez-tez dəyişir, bu, çətindir, amma çox yaxşıdır".

Elza Seyidcahan verilişdə millət vəkili olmaq arzusundan da danışıb:
"Müəllimim də, müəllimimin müəllimi Qara Qarayev də millət vəkili olub. Atdığım addımlara heç bir zaman nə biganə, nə də təsadüfi yanaşmıram. Bu arzum hələ də qalıb. Dünyada çox açıq-saçıq geyinən millət vəkilləri var. Mən açıq-saçıq yox, ekstravaqant geyinirəmsə, bunun nəyi ayıbdır ki".

Müğənninin aparıcının "İtiniz hansı musiqiyə qulaq asır" sualına cavabı belə olub:

"Elə musiqilər var ki, ona nə dostlarım, nə ailəm, nə itim, nə də pişiyim qulaq asa bilər. Ümumiyyətlə, bizim sənətdə baş verən hərc-mərclikləri və bəzi musiqiləri digər kanallar efirə verəndə yazmalıdır ki, dinləməyin mikrobdur və ya gələcəyiniz və musiqimiz üçün təhlükədir. Necə ki, siqaretin üstünə yazırlar ki, sağlamlığa ziyandır.

Məni anlayanları yox, məni anlamayanları axtarıram. O insanlarla həyatda görüşəndən sonra nəinki məni anlamağa başlayır, hətta mənə aşiq olurlar. O, özünü bağışlaya bilmir ki, niyə indiyə qədər Elza yaradıcılığını anlamamışam".

Son xəbərlər

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Bütün xəbərlər