gundem
5.10.2019, 10:50
“TikTok”dan şok qərar – Buna icazə verilməyəcək

“TikTok” rəsmiləri bu platformanın siyasi reklamlar üçün uyğun olmadığına qərar verib.
“dogruxeber.tv” xarici mediaya istinadən xəbər verir ki, bundan sonra “TikTok”da heç bir siyasi məzmunlu reklama icazə verilməyəcək.
Şirkət nümayəndələri bildiriblər ki, “TikTok” digər sosial şəbəkələrdən fərqlənir. Çünki buraya daxil olan insanlar yalnız əyləncəli videolar yükləmək və ya izləmək istəyirlər.


